ID книги:68903217 Добавлена: 26.02.2023 Издательство: Аудиокитаб ООО АннотацияDahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi “Xəmsə” ilə bərabər ömrü boyu lirik şeirlər yazmış və iyirmi min beytlik bir divan tərtib etmişdir. Nizaminin əldə olan lirik irsi klassik Şərq şeirinin üç əsas şəklini – qəsidə, qəzəl, rübai şəkillərini əhatə edir. Hal-hazırda əldə olmayan bu divandan yalnız altı qəsidə, yüz iyirmi qəzəl, otuz rübai məlumdur. Yüksək sənətkarlıqla yaradılan və məzmun zənginliyi, ideya dərinliyi ilə diqqəti cəlb edən bu şeirlərə nikbin ruh hakimdir. Lirikalarında xalq mövqeyindən çıxış edən şair dövrünün kəşməkəşli hadisələrinə ayıq münasibət bəsləyir, gah qəzəbini və heyrətini, gah xəbərdarlıq və şikayətlərini, gah qorxu və inamını əks etdirir, ədalətin, düzlüyün, dostluğun, əməksevərliyin bərqərar olmasına çalışır. Gah müəllim olub ağıllı nəsihətlər verir, gah ittihamçıya çevrilib haqsızlığa, zülmə, acgözlüyə, riyakarlığa ölüm hökmü oxuyur. |
Последние комментарии
1 день 16 часов назад
1 день 16 часов назад
1 день 17 часов назад
2 дней 5 часов назад
2 дней 5 часов назад
2 дней 5 часов назад